Bakıda daha bir avtobus biabırçılığı - FOTO

Bakıda daha bir avtobusu özbaşınalıq edib. ANS PRESS-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkədə foto paylaşılıb.Fotoda da görünür ki, “DAEWOO” markalı, 90 YX 137 dövlət nömrə nişanlı, 136 saylı xətt üzrə hərəkət edən avtobus sərnişinlərin həyatını təhlükəyə atıb.Belə ki, avtobus dayanacaqda saxlamayıb. Bundan əlavə avtobus yolun ortasındakı bardürü keçib. Avtobusun sərnişinlə dolu olub. Sərnişinlər etirazlarını bildirsələr də sürücü heç bir əhəmiyyət verməyib.Məsələ ilə əlaqədar 136 saylı avtobusun tabe olduğu “General-Avtokombeni” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Akif Rzayev bu barədə xəbərsiz olduğunu bildirdi.“Əmin olun ki, bu barədə tədbir görüləcək. İndi araşdırma aparacağıq. Hansı sürücüdü, onu müəyyən edəcəyik. Həmin sürücü mütləq cəzalandırılacaq”, - deyə Akif Rzayev bildirib.ANS PRESS həmin fotonu təqdim edir:ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























