• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda özəl şirkətə zirehli gödəkcə istehsalı üçün lisenziya verilib

Azərbaycanda özəl şirkətə zirehli gödəkcə istehsalı üçün lisenziya verilib
28.12.2018 13:14
Azərbaycanda müdafiə sənayesi sektorunda fəaliyyət göstərən "Buta Armor” şirkətinə zirehli gödəkcə, dəbilqə və onların aksesuarlarlarını istehsal etmək üçün xüsusi icazə verilib.

"AzeriDefence”nin məlumatına görə, bununla da "Buta Armor” şirkəti Nazirlər Kabinetinin 22.11.2018-ci il tarixli 22/1-245 nömrəli icazəsi əsasında Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalını həyata keçirə biləcək. Artıq güc strukturlarından ilkin sifarişlər alınıb və 2019-cu ilin əvvəlində sifarişlərin çatdırılmasına başlanacaq.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan 100% özəl sərmayəli "Buta Armor” şirkəti zirehli gödəkcələri dünyada tanınmış Bolqarıstanın "Mars Armor” şirkətinin texnologiyası əsasında istehsal edəcək. Növbəti mərhələdə zireh lövhələrinin hazırlanmasında xammal olaraq Azərbaycanda istehsal ediləcək polimer materiallardan istifadə nəzərdə tutulur.

"Buta Armor” ordu, xüsusi təyinatlı qüvvələr, dəniz və sahil mühafizə, polis və təhlükəsizlik qüvvələri, inkassator, minatəmizləmə qurumları, habelə VİP qoruma üçün zirehli geyimlər, müxtəlif model dəbilqələr, ordu qüvvələri və polis üçün qalxanlar istehsal edəcək. "Buta” zirehli gödəkcələri 9×18 – 7.62×54 mm kalibrədək patronlardan açılan atəşdən, həmçinin 450-850 m/saniyə sürətə malik qəlpələrə qarşı qorumanı təmin edir. Ordu və digər güc strukturları üçün keçirilən sınaqlar zamanı gödəkcələr 7.62×54 mm-dək patronlardan atışları saxlayaraq yüksək davamlılığını nümayiş etdirib.

Şirkətin rəhbəri Ramin Əhmədov bildirib ki, "Buta Armor” mümkün qorumanı ən yüksək erqonomika və rahatlıqla birləşdirərək istifadəçilərə təqdim edir: "Zirehli gödəkcələrin ən ağırı 7-8 kq təşkil edəcək ki, bu da sinfində ən aşağı çəkilərdən hesab olunur. Hərbi və hüquq mühafizə qüvvələri üçün nəzərdə tutulan gödəkcələr modulyar dizayna malikdir. Gödəkcələr istənilən tapşırığa uyğun şəkildə zəruri aksesuarlarla təchiz edilə bilər”.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı rezident şirkətlərə geniş güzəşt və imtiyazlar təqdim edir. Vergi və gömrük güzəştləri ilə yanaşı Texnoparkın rezidentləri öz məhsullarını tenderdə iştirak etmədən dövlət qurumlarına satışın həyata keçirə bilərlər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol