• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 1 il uzadıldı - Milli Məclisdən qərar

Daha 1 il uzadıldı - Milli Məclisdən qərar
28.12.2018 13:47
Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir. Bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha daha 1 il uzadılıb.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 7 il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hal-hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb. Beləliklə, müfəssəl planın məcburi tətbiqinin 2020-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

sonxeber.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol