• $
  • €
  • ₽
  • ₺
  • £

Atası məşhur mahnının müəllifidir... - Yeni nazir müavini kimdir? - DOSYE

Atası məşhur mahnının müəllifidir... - Yeni nazir müavini kimdir? - DOSYE
28.12.2018 17:12
Xəbər verdiyimiz kimi, Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Yenicag.az-ın məlumatına görə, bu vəzifəyə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltanov layiq görülüb.

Qeyd edək ki, Soltanov Elnur Zabit oğlu əslən Zərdabın Məlikli kəndindəndir. Özü isə Mingəçevirdə dünyaya gəlib.

Yeni nazir müavininin mərhum atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur Soltanovun atası məşhur "Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək müəlliflik hüququnu bərpa edə bilməyib.

Elnur Soltanovun böyük qardaşı 10 yaşında ikən dünyasını dəyişib.

E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını alıb.

Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.

ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət Universitetində çalışıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol