• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı - FOTO

Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı - FOTO
29.12.2018 09:55
Dekabrın 29-da səhər saat 09:00-da Bakı-Gəncə sürət qatarı yola düşüb. 

Anews.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl qatardan istifadə edən sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad olacağını və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. 
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 

Dörd vaqondan ibarət qatarda birinci klass (doqquz yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Qeyd edək ki, bu gün qatar media nümayəndələrinin iştirakı ilə ilk səfərinə çıxıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol