• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov cəbhə xəttində - FOTO

Zakir Həsənov cəbhə xəttində - FOTO
29.05.2020 04:39
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Сocuq Mərcanlı kənd məktəbində  müəllim və şagirdlərlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib.

Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra Müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr təqdim edib.

Sonra Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hospitalda müalicə alan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb. Nazir hərbi qulluqçulara bayram sovqatları təqdim edib, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol