• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədovdan "Təcili xəstəm var" deyən sürücü barədə AÇIQLAMA – VİDEO

Vaqif Əsədovdan "Təcili xəstəm var" deyən sürücü barədə AÇIQLAMA – VİDEO
29.12.2018 12:48
Ötən gün axşam saat 17:40 radələrində Bakının Səbael rayonunda dövlət idarəsindən çıxan AZ 10 JS 108 dövlət nömrə nişanlı "Hyunday Sonata" markalı avtomobil ciddi qayda pozuntusuna yol verib.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Verilən məlumata görə, "AzTelekom"un binasından Bünyad Sərdarov küçəsinə çıxan avtomobil əsas yolla hərəkət edən avtomobillərə ciddi təhlükə törədib. "Damas" markalı avtomobilin sürücüsünün sayıqlığı nəticəsində qəza baş verməyib. 

Bu barədə ötən gün BAKU.WS saytında "Dövlət idarəsindən çıxan avtomobil qaydaları belə pozdu, polis isə... – VİDEO” adlı xəbərdə ətraflı məlumat verilib. 

Məlumatda bildirilir ki, bu hadisə yol polisi əməkdaşının gözü qarşısında baş verib. Polis əməkdaşı qayda pozan avtomobili saxlasa da, heç bir cərimə tətbiq etməyib. 

Verilən xəbərlər bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə şərh verib. 

Onun verdiyi açıqlamada bildirilir ki, həqiqətən də videogörüntülərdəki nəqliyyat vasitəsi yolların kəsişmə hissəsində qayda pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. 

"Sürücünün "Təcili xəstəm var" deyərək getməsi onun barəsində tərtib edilmiş protokoldan məlumat olub və o, sənədləşdirilib. Sözüdən Lermontov və B. Sərdarov küçələrində kameralarımız da var və bütün baş verənlər qeydə alınıb. 

Kamera görüntüləri əsasında sürücüyə rəsmi protokol açılıb. Həmin ərazidə hərəkəti nizamlayan yol polisi əməkdaşı bunu görüb və sənədləşdirib. Qaydanı pozan hər bir sürücü qanunveriliciyə uyğun olaraq cərimə olunur", - deyə Vaqif əsədov bildirib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol