1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? – Alimlərdən açıqlama

Britaniyanın Sasseksa universitetinin tədqiqatçıları "Quru yanvar” müsabiqəsinin nəticəsini elan ediblər.
"Ölkə.Az” xəbər verir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə "EurekAlert” portalı məlumat yayıb.
Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. "Quru yanvar”dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi tədqiq ediblər.
Nəticələrə əsasən, spirtli içkidən 1 ay müddətinə imtina etmək orqanizmin tonusunu qaldırır, dərinin vəziyyətini yaxşılaşdırır və spirtli içki qəbulunu növbəti aylarda azaldır.
Bundan başqa spirtli içkidən imtina iştirakçıların 88 faizinə pula qənaət etməyə imkan verib. Bundan başqa, britaniyalılar qeyd ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir, yuxu yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət güclənir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib