• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həkimlər arasında maaş sorğusu - 83 faizi narazıdır

Azərbaycanda həkimlər arasında maaş sorğusu - 83 faizi narazıdır
30.12.2018 00:24
2018-ci ilin mart ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında  və Yevlax rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlərin işdən məmnunluğunun və İcbari Tibbi Sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsi məqsədilə sorğu keçirilib.
Anews.az medicina.az-a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Bildirib ki, sorğunun nəticələrinə görə, həkimlərin əksəriyyəti 105-300 manat həcmində aylıq məvacib alır: "Sorğunun nəticələrinə əsasən onu demək olar ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat həcmində aylıq məvacib alıb. 2017-сi ildən etibarən İTS-nin tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əməkhaqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin aylıq məvacibi 341-540 manat olub. 541 manatdan çox aylıq məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%, Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə alınıb".
 
Departament rəhbərinin sözlərinə görə, Ağdaş həkimləri məvaciblərindən narazıdır: "Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Qeyd olunmalıdır ki, Ağdaş rayonunda sorğu Prezidentin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol