Azərbaycanda yüksək vəzifəli şəxs intihar etdi

Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidovun qəfildən vəfat etməsi xəbəri yayılıb.
BakuPost xəbər verir ki, bu barədə "AzPolitika.info” Naxçıvandakı mənbələrə istinadən məlumat yayıb. Saytın yazdığına görə, təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M.Seyidov odlu silahdan açdığı atəşlə həyatına son qoyub.
BakuPost hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışır.
***
20:34
BakuPost-a daxil olan məlumata görə, M.Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb. Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir.
Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.
Məlumata görə, təxminən 1 ay əvvəl - noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib