• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Jeep”i vurub aşırdılar- VIDEO

Bakıda “Jeep”i vurub aşırdılar- VIDEO
19.10.2014 17:29
Yolayrıcını düzgün keçməyən avtomobillər toqquşub. Bakıda daha bir ağır yol qəzasının videosunu təqdim edir. 
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın başvermə səbəbi yolayrıcının düzgün keçilməməsidir. Qəzanın bir neçə kamera vasitəsilə çəkilən görüntülərinə diqqətlə baxdıqda məlum olur ki, “Jeep” markalı avtomobil öz yolu ilə düzünə hərəkətdə olarkən soldan hərəkət edən avtomobil onu tən ortadan vurur. 
Nəticədə “Jeep” ağır zərbənin təsirindən aşır və asfaltda yuvarlanaraq təxminən 100 metr məsafədə arxası üstə sürünür. Ətrafdakı insanlar avtomobildə olanlara köməklik göstərirlər. Qəzanın başvermə səbəbinə diqqət etdikdə məlum olur ki, burada “Jeep”in sürücüsünün günahı yoxdur. Çünki kadrlardan görünür ki, “Jeep” svetoforun yaşıl işığında hərəkət edir. Onu vuran avtomobil isə svetoforun qadağanedici işarəsi verilərkən hərəkət edir. 
Çünki kadrlardan göründüyü kimi, qəzadan sonra “Jeep”in gəldiyi istiqamətdə olan avtomobillər hərəkət edir, onu vuran maşının olduğu yoldakı nəqliyyat vasitələri isə dayanır. Deməli, həmin istiqamətdə svetoforun qadağanedici işarəsi verilibmiş. Hər halda, yol hərəkəti qaydalarından anlayışı olan normal sürücü bu cür primitiv hərəkətlə belə ağır qəzaya səbəb olmazdı.
Qafqazinfo
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol