Dünya azərbaycanlıları həmrəylik gününü qeyd edirlər

Bu gün azərbaycanlılar Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər.
Anews.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























