• $
  • €
  • ₽
  • ₺
  • £

“Ərimin əvəzinə mən həbsə getdim”

“Ərimin əvəzinə mən həbsə getdim”
31.12.2018 09:30
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi   keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə Ş.Səmədova ifadə verərək özünü təqsirli bilmədiyini deyib:

"Hadisə günü oğlumla evə gedirdik, məhləyə çatanda gördük hamı qaçır. Bu vaxt iki nəfər qoluma girib məni evə gətirdi, çantamı da aldılar. Sonra bizi polisə apardılar, orada hal şahidləri dedilər ki, guya mənim çantamdan narkotik çıxıb, mən də yalan olduğunu dedim. 

Mən bundan əvvəl də narkotika görə "yatmışam", amma onda da günahım olmayıb. Ərimin əvəzinə mən həbsə getdim. Ortada heroin var idi, ərim də  "lomka"da idi. Dedi tutulsam, türmədə öləcəyəm. Onun əvəzinə mən heroini üzərimə götürdüm və gedib içəridə yatdım. 

Kişi qızı kimi də cəzamı çəkib çıxdım. Nə çəkəni olmuşam, nə də satanı olmuşam. Mən Nizamın qızıyam. İçəri getsəm də kişi qızı kimi gedəcəm ki, sabah oğlumu tində görəndə deməsinlər ki, anan necə "srok" yatıb. Mən içəri özümlə heç kimi aparmaram, heç kimi satmaram. Amma bu işdə günahım yoxdur. Alnı açıq, üzüm ağdır. Mən nə vaxtsa burdan çıxanda "Kubinka"ya başı uca gedəcəm".

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb. 

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos” (kokain), metamfetamin, "spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. 

Ş.Səmədovanın atası "Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da "Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol