Şizofreniya xəstələri hisslərini idarə edə bilmir?

Bütün hisslər bədəndə öz əksini tapır və biz normal olaraq onu izləyə bilirik.
Anews.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, şizofreniya xəstələrində bu proses daha radikal şəkildə baş verir.
Vanderbilt universitetinin araşdırmaçıları nəzarət qrupları ilə şizofreniya ilə əlaqəli subyektləri müqayisə edib. Onlardan bədənin kompüter xəritəsini doldurmaq xahiş edilib. Və bu müddətdə onların keçirdikləri emosiyalar nəzarət altında olub.
Sadə dillə desək, iştirakçılar "siz kin, utanma, həyəcan və s. hissləri harda hiss edirsiniz?" sualına cavab verməli olub.
Hər iki qrupun nəticələri fərqli olub. Nəzarət qrupu 13 fərqli duyğu üçün konkret "hisslər modeli" qurub.
Şizofreniya xəstələri isə bədən xəritəsində hisslərini müəyyənləşdirə bilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























