Kristal Abşeron Yasamal rayonunda yaşayış binasını təhvil verdi

Kristal Abşeron Yasamal rayonunda "Pilot layihə”
çərçivəsində inşa edilən hündürmərtəbəli
yaşayış binasını təhvil verdi.
Daha sonra tədbirdə Kristal Abşeron MTKnın təsisçisi M.Nəbiyev çıxış edib. Şirkət rəhbəri çıxışında binanın yeni sakinlərini və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi münasibəti ilə təbrik edib, rayon rəhbərliyinə tədbirdə iştirakı üçün təşəkkürünü bildirib. M.Nəbiyev cənab prezident İlham Əliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətindən və Pilot Layihələrin mahiyyəti və məqsədi haqqında fikirlərini bildirdi. Daha sonra mənzil açarları bina sakinlərinə təqdim edilib.
Qeyd edilib ki, bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 11300 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillərin hər biri tam təmirlidir. Binada sərnişin və yük daşıma liftləri quraşdırılıb, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançası da salınıb. Təhvil verilən bütün mənzillər Avropa istehsalı materiallarla təmir edilib.
Sakinlər mənzil şəraitlərinin yüksək səviyyədə təminatına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























