• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı 2019-u belə qarşıladı

Bakı 2019-u belə qarşıladı
29.05.2020 08:24

2018-ci il sona çatdı. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu.

"Qafqazinfo” xəbər verir ki, Azərbaycan başa çatan bu ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlıları həmrəylik nümayiş etdiriblər. 2019-cu ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təzahürü kimi qiymətləndirilə bilər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi. Bu mənzərəni seyr etmək, Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa edirdilər.

Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, 2019-cu il!




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol