• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: “Bura bir-birimizi tərifləməyə gəlməmişik”

Zakir Həsənov: “Bura bir-birimizi tərifləməyə gəlməmişik”
02.01.2019 18:55
Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə "Açıq qapı" günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin.



Anews.az report-a istinadən xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.


O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir: "Onlardan biri "etimad qutusu"nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları Nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik. İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir".


Nazir "Real TV"yə müsahibəsində media nümayəndələrinə də çağırış edib: "Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. "Açıq qapı" günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri "Açıq qapı" günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır..."

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol