• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Nobel prospekti yenidən çökür

Bakının Nobel prospekti yenidən çökür
03.01.2019 11:21
Bakıdakı Nobel prospektində çökmə müşahidə olunur. "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil:


"Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur.

Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bidiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır”.

 

A.Cəbrayıllı bildirib ki, çökmə "Azərsu” ASC-nin xətlərindəki hər hansı nasazlıqla bağlı deyil:


"Bizim mütəxəssislərimiz yoxlayıblar. "Azərsu" ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur. Əksinə, kənardan qrunt suarının bizim xətlərə, Sahil kollektoruna axıntısı müşahidə edilir. Bunun da hesabına ərazidəki torpağın boşalması halları baş verə bilər. Hazırda əməkdaşlarımız izolyasiya işləri aparırlar ki, kənar sular bizim xətlərə daxil olmasın. Ehtimal olunur ki, qrunt sularının bizim xətlərə axması nəticəsində torpaq boşalması və çökmə baş verib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol