• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin imtahanında biabırçı nəticə

Müəllimlərin imtahanında biabırçı nəticə
04.01.2019 10:23
"Riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu bir neçə gün əvvəl Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarının nəticələrinə münasibət bildirərkən deyib:

Q. İbadoğlu fənlər üzrə rəqəmləri açıqlayıb:

"Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar – 51 faiz.

İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -10 faiz

İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edilən 20 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 10 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83 faiz olub.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar – 6 faiz

İmtahanda iştirak edən 180 nəfərdən 11-i təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 6 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici 95 olub.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -5 faiz

İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edilən 30 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 5 faizi təqdim edilən sualların yarısından çoxunu cavablandırıb və ən yüksək göstərici isə 62 faiz olub.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar – 1 faiz

İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 1 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63 faiz olub.

Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol