• $
  • €
  • ₽
  • ₺
  • £

“Quli”nin imperiyası təhlükə altında - Obyektlərinə göz dikdi...

“Quli”nin imperiyası təhlükə altında - Obyektlərinə göz dikdi...
04.01.2019 12:25
2019-cu ildə kriminal aləm üçün ciddi nəticələrə səbəb olacaq iki önəmli hadisə baş verəcək.

Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu ilin yaz və yayında iki kriminal avtoritet – Tariyel Oniani (Taro) və Əhməd Dombayev azadlığa çıxacaq.

Birincinin, sözsüz olaraq, "1 nömrəli qanuni oğru" olmaq istəyəcəyi qeyd olunur. Bunun üçün Taronun bütün şansları olduğu vurğulanır. Digəri isə azərbaycanlı avtoritetlər – Rövşən Canıyev, Vahid Süleymanov və Nadir Səlifovun klanının nüfuz dairəsində olan bazar biznesində mövqeyini gücləndirməyə çalışacaq.

Bu səbəbdən də bu ilin ilk yarısı kriminal aləmdə genişmiqyaslı "sxodka" və şiddətli çəkişmələrlə yadda qalacaq.

Qeyd edək ki, Tariyel Oniani artıq 10 ilə yaxındır ki, dəmir barmaqlılar arasındadır, lakin hələ də ən nüfuzlu "qanuni oğru"lar cərgəsindədir. Hesab edilir ki, onun Ded Xasanın güllələnməsi olayı ilə birbaşa əlaqəsi olub. Oniani 2019-un yazında azadlığa buraxılmalıdır, lakin onun Rusiya pasportu etibarsız sayıldığı üçün böyük ehtimalla, ölkədən deportasiya ediləcək. Daha əvvəl o, çirkli pulların yuyulması və cinayətkar dəstə təşkil etməkdə ittiham edilərək İspaniyada axtarışa verilmişdi.

Azadlığa buraxılacaq digər avtoritet Əhməd Dombayevin isə azərbaycanlı kriminal avtoritetlərin tabeliyində olan obyektləri nəzarətinə götürəcəyi proqnoz edilir. Əsas rəqibləri arasında isə Nadir Səlifovun (Quli) klanın üzvləri də var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol