Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Bu barədə hadisə şahidləri məlumat veriblər. Verilən məlumata görə, metronun "Sahil” stansiyasında eskalator qəfil dayanıb. Bu zaman stansiyadan çıxan sərnişinlər panika yaşayıblar.
Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, "Sahil” stansiyasında 3-cü eskalator qəfil dayanıb.
"Dərhal digər eskalator işə salınıb. Araşdırmalardan sonra hadisənin səbəbi məlum olacaq”, - deyə B.Məmmədov bildirib.
Hadisə zamanı xəsarət alan olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























