• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq

Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq
29.05.2020 09:51
Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada 550 min insan trans yağların səbəb olduğu müxtəlif xəstəliklərdən dünyasını dəyişir.

"Ölkə.Az” xəbər verir ki, mütəxəssislər geniş istifadə edilən trans yağların xroniki ürək xəstəlikləri ilə yanaşı diabet, insult, metabolik sindrom, köklük, piylənmə kimi xəstəliklərə də səbəb olduğunu açıqlayıblar. Həkimlər qeyd edirlər ki, bu yağların ziyanlı təsirindən qorunmaq üçün mümkün olduğu qədər az qəbul etmək lazımdır.

2003-cü ildə Danimarka dünyada ilk dəfə olaraq süni trans yağ istifadəsini məhdudlaşdırıb. Dünya Səhiyyə Təşkilatı 2023-cü ilə qədər trans yağların qida zəncirindən tamamilə ləğv edilməsi üçün çağırış edir.

Türkiyəli alim, kardioloq Ayça Boyacı qeyd edir ki, trans yağ bir növ doymamış yağ turşusudur və təbii yolla yaranan, ya da sənayedə istehsal edilən yağlar olaraq iki qrupa ayrılır. Təbii trans yağlar ət və süd məhsulları kimi qidalarda az miqdardadır. Süni olanları isə bitki yağlarına hidrogen əlavə edilərək əldə edilir və bu yolla yağın istifadə müddəti uzadılır. Gündəlik həyatda istifadə edilən bir çox məhsulun süni trans yağ tərkibli olduğu artıq məlumdur.

Hazır qidalar, un məmulatları, kartof qızartması (çips), naqqits (toyuq) və bəzi kabablar kimi qızardılmış qidalarla, mikordalğalı sobada hazırlanan qarğıdalı, biskvit, vafli və un məmulları, yağ və duru yağ kimi bəzi supermarket qidalarının tərkibində trans yağın miqdarı yüksəkdir.
Süni trans yağ qanın tərkibində mənfi xolesterol adlı LDL xolesterolu və triqliserid səviyyəsini və buna bağlı olaraq da ürək xəstəliyi və infarkt riskini artırır.
Bundan başqa diabet, insulin, metabolik sindrom, artıq çəki və piylənmə, sinə, prostat kimi bəzi xərçəng növləri, cinsi zəiflik və sonsuzluq, erkən doğuş, sinir sistemi xəstəlikləri, Alzheimer kimi xəstəliklərə səbəb olur.

Bu tip yağlar uşaqlarda da müəyyən xəstəliklərin riskini artırır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol