• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı mühacir Fransada dolanmağın asan yolunu tapdı - İkinci əl maşınlarını alaraq...

Azərbaycanlı mühacir Fransada dolanmağın asan yolunu tapdı - İkinci əl maşınlarını alaraq...
04.01.2019 20:53
Azərbaycandan gəlmiş 30 yaşlı miqrant Fransada irimiqyaslı dələduzluq əməli törədib - ikinci əl avtomobillərin qanunsuz dövriyyəsini təşkil edib. Hazırda işbaz miqrantın 100 qurbanının adı müəyyənləşdirilib, lakin müstəntiqlər bildirirlər ki, onların sayı daha çox ola bilər.
Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, gənc azərbaycanlı Tuluza şəhərinə 2010-cu ildə gəlib. Onun fransız dilini öyrənmək və iş tapmaq cəhdləri boşa çıxıb.
"İş axtarıb, lakin tapa bilməyib. Yaşamağa pulu olmadığı üçün yerli sakinlə tanış olub və onun köməyi ilə avtomobil ticarətinə girişib", - Tuluza məhkəməsində vəkil Qay Debüsson deyib.
Azərbaycanlı miqrant yerli "Le Bon Coin" elanlar saytında tapdığı ikinci əl avtomobilləri alaraq, xüsusi aparat vasitəsilə onların getdiyi məsafə göstəricisini dəyişərək maşınları "yeniləyib" və satmağa başlayıb. Qısa müddət ərzində o, kifayət qədər iri məbləğdə pul toplayıb, lakin dələduzluğunun üstü açılıb.

Prokuror Tyerri Pons məhkəmədən dələduzun 18 ay müddətinə həbs edilməsini istəyib. Lakin vəkil Qay Debüsson cəzanın yumşaldılmasında israr edib.
"Şərqdən gəlmiş adamlar üçün dilimizi öyrənmək və cəmiyyətimizə uyğunlaşmaq çətindir. Müvəkkilim broker firmasında özünə iş tapan kimi dələduzluq əməlindən əl çəkib", - vəkil bildirib.
Vəkil səyləri boşa çıxmayıb - hakim azərbaycanlıya 12 ay müddətinə şərti cəza verməklə kifayətlənib. Lakin keçmiş dələduz bəzi qurbanlarının üzləşdiyi itkini də kompensasiya etməli olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol