• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yağı Yerevanda təlaşa səbəb oldu - FOTO

Azərbaycan yağı Yerevanda təlaşa səbəb oldu - FOTO
04.01.2019 21:29
Ermənistandan olan "Facebook” istifadəçisi Sona Aqekyan öz səhifəsində yazıb ki, Yerevanda Azərbaycan istehsalı olan kərə yağı satılır. Nəticədə bu, ölkədə təlaşa səbəb olub.
Oxu.Az "Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, sübut kimi S. Aqekyan məhsulun videosunu çəkib, habelə şəkilləri paylaşıb.
Materiallara əsasən, "Moskovskoe” adlı kərə yağı guya Azərbaycanın "Farmer” şirkəti tərəfindən qablaşdırılıb.




Aqekyanın yaydığı məlumata Ermənistan Elmlər Akademiyasının ekoloji-noosfer araşdırmaları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi Departamentinin rəhbəri David Pipoyan reaksiya verib. O, Yerevanda bir sıra dükanlarda olduğunu, lakin heç yerdə bu cür yağa rast gəlmədiyini bildirib.
"Dekabrın 30-dək dükanları gəzmişik. Lakin heç yerdə bu cür qablaşmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən dükanlarda belə yağ yox idi”, - deyə o öz səhifəsində yazıb.
Pipoyan artıq məsələ ilə bağlı dövlət orqanlarına müraciət etdiyini də bildirib.
Nəticədə Pipoyan məqalə müəllifindən öyrənib ki, yağ dükandan deyil, küçədə alınıb.
Məqalə "Facebook”un erməni seqmentində qızğın müzakirələrə səbəb olub.
P.S. Öz tərəfimizdən əlavə etmək istəyirik ki, birincisi, yağın doğrudan da Azərbaycanda istehsal edildiyi yaxud saxta olduğu hələ məlum deyil. Lakin əgər doğrudan da bu yağ Azərbaycandan gətirilibsə, belə çıxır ki, onun keyfiyyəti yerli yağın keyfiyyətindən dəfələrlə üstündür ki, erməni işbazlar "düşmən yağ”ı satdıqlarına görə həbs olunmaq, vətəndaşlar isə ondan istifadə etdiyi üçün qınaq obyektinə çevrilmək qorxusuna rəğmən bu yağı Ermənistanda satırlar və alırlar. Bütün bunlar bir daha ümumiyyətlə Ermənistan iqtisadiyyatının, konkret olaraq qida məhsulları istehsalının tənəzzüldə olduğunu sübut edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol