• $
  • €
  • ₽
  • ₺
  • £

Turanın xalqa "Hamı ağlayır ki, pul yoxdur" deməsi sərt reaksiyaya səbəb oldu - VİDEO

Turanın xalqa "Hamı ağlayır ki, pul yoxdur" deməsi sərt reaksiyaya səbəb oldu - VİDEO
05.01.2019 11:37
Aparıcı Turan İbrahimovun sosial şəbəkə hesabında paylaşdığı video izləyicilərinin sərt reaksiyasına tuş gəlib. 

Anews.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, İbrahimov maddi durumundan şikayətçi olan azərbaycanlıları qınayıb. 

Turan "Bütün sosioloqlar, marketoloqlar və s. Azərbaycana gələndə bildiklərini unudurlar" şərhi ilə paylaşdığı videoda bunları deyib: 

"Təsəvvür edin ki, hamı ağlayır ki, pul yoxdur. Sosial şəbəkələrdə, "Youtube" kanallarında şərhlər filan yazıarlar ki, ay qırılırıq. Təsəvvür edin ki, "Gənclik Mall"da kinoteatrın ətrafındakı restoranların hamısı partlayır. İnsan əlindən tərpənməyə yer yoxdur. Təsəvvür edin ki, ən bahalısına da, ucuzunu da girmək üçün növbədə durursan. Aşağıdakı kafelər də doludur. Hamısı da azərbaycanlılardır. Orta, adi, sıravi Azərbaycan xalqı. Bəs o ağlayanlar kimdir, mən tam olaraq anlaya bilmirəm". 

T. İbrahimov videonu paylaşar-paylaşmaz sosial şəbəkə istifadəçilərinin kəskin şərhləri ilə üzləşib. 

Bir neçə saatdan sonra isə aparıcı yeni video paylaşıb və dediklərinə aydınlıq gətirməyə çalışıb: 

"Əzizlərim, şəxsən mən, ailəm - biz xalqın içindən çıxmışıq və xalqın içindəyik. Sıravi, adi, orta vətəndaşların yaşadığı kimi yaşayırıq. Öz alınımızın təri, əllərimizin zəhməti ilə... Təbii ki, ətrafda da nə baş verdiyini çox gözəl anlayırıq. Bir anlıq, bir məqamda gördüyümüzü və dəfələrlə hər birimizin zarafata saldığımız bir şeyi dedik, sizinlə bölüşdük. Məsələni o anki kontekstdən çıxarıb anlamadan, dinləmədən, başa düşmədən insanlar öz dərdlərini, sərlərini, aqressiyalarını tökməyə yer axtarırlar və şəxsən mənə, o mənə ki, efirdə mən dövlət və xalq naminə elə sizin üçün demişəm, nəysə... başlayırsınız bizim üzərimizə tökməyə. Bu, düzgün deyil, bu, kişilikdən deyil". 

Qeyd edək ki, Turan İbrahimov uzun illər hazırda fəaliyyətini dayandırmış ANS telekanalında, daha sonralar isə ATV kanalında çalışıb. O, tamaşaçılara "Günə baxan", "ATV səhər" və s. verilişlərdən tanışdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol