Bakıda kafedə qanlı olay

Bakıda bıçaqlanma olub.
Hüquq-mühafizə orqanlarından Anews.az-a verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.
Bakı şəhər sakini İlham Xəlilov qarın nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, ilkin ifadəsində polisi aldadaraq yıxılaraq xəsarət aldığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ. Xəlilovun bıçaqlandığı məlum olub. Belə ki, araşdırmalar zamanı müəyyən edilib ki, İ. Xəlilov tanışı Pərviz Soltan oğlu Nəzəri ilə birgə Mərdəkandakı kafelərdən birində yeyib-içdikdən sonra onların arasında mübahisə düşüb. Mübahisə zəminində P. Nəzəri İ. Xəlilovu bıçaqlayıb.
P. Nəzəri saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























