• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Qulu” Skype-da iki azərbaycanlıya “vor” adı verdi

“Lotu Qulu” Skype-da iki azərbaycanlıya “vor” adı verdi
06.01.2019 11:14
Əmirovun əli qanlı olmasından bütün Azərbaycan kriminal avtoritetləri xəbərdardır.
Bu günlərdə Türkiyədə iri oğru yığıncağı olub, burada iki azərbaycanlı "qanuni oğru” adını alıb.
Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Praym Kraym” nəşri bildirib.
Nəşrin məlumatına görə "ad vermə” mərasimi azərbaycanlı "qanuni oğru” "Lotu Qulu” kimi tanınan Nadir Səlifovun ad günündə baş tutub. Ad günü şərəfinə qonaqları onun kiçik qardaşı Namiq Səlifov yığıb. Səbəbkar isə təbrikləri 1996-cı ildən sakini olduğu 8 nömrəli Bakı koloniyasında, skype vasitəsilə qəbul edib.

Səbəbkarının təklifinə görə onun iki yaxını: Rafet Əlibayramlı və Ceyhun Gəncəli titul alıblar.
Qeyd etmək lazımdır ki, yeni "qanuni oğru” Rafet Əlibayramlının bu günə qədər KİV səhifələrində adı çəkilməyib. Amma Vesti.Az söhbətin kimdən getdiyini və hansı qabiliyyətinə görə "qanuni oğru” adını almağa layiq görüldüyünü öyrənməyə müvəffəq olub.  
Vesti.Az-a verilən məlumata görə Şirvan rayon polis idarəsində 1979-cu il təvəllüdlü Əmirov Rafet Əlirza oğlu Hacıqabul rayon sakini olan digər kriminal ünsür Babayev Əli  Mirzəağa oğlunun qətlinə görə 2010-cu ildən federal axtarışdadır. Rafet Əlibayramlı onu tapançadan atəş açaraq qətlə yetirib.
Bundan başqa polis idarəsində bildiriblər ki, əgər Əmirovun ad alması məlumatı həqətdirsə, o Türkiyəyə saxta sənədlərlə gedib. 4 ildir ki, onu Rusiya hüquq-mühafizə orqanları axtarır. Əmirovun əli qanlı olmasından bütün azərbaycan kriminal avtoritetləri xəbərdardır. Yeri gəlmişkən bu avtoritetlərin çoxu Lotu Qulunun göstərişinə baxmayaraq onu qanuni oğru hesab etmək istəmirlər.
Ceyhun Gəncəliyə gəldikdə isə onun barəsində bu ilin iyul ayında Edirnə şəhərində polisin qətlində əli olmasına dair məlumatdan başqa heç bir məlumat yoxdur.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol