• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi - 56 yaşında

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi - 56 yaşında
07.01.2019 12:20
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib. 

Anews.az xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib. 

Mərhum 24 iyul 2015-ci il tarixindəı Fövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi.

 
Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. 1987-93-cü illərdə "Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi karyerasına başlayıb. O, gərgin əməyi və bacarığı  hesabına kapitan  rütbəsinə kimi yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan  kapitan kimi 5 il işləyib.

1993-96-cı illərdə "Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə "Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə "Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, "Çıraq” platformasının özülünün qoyulmasında  iştirak edib. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrini tutub.

24 iyul 2015-ci il tarixində ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin edilib.

23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2016-cı il 24 iyunda "Dənizçi günü” münasibətilə "Donanmanın fəxri işçisi” nişanı, respublikanın ictimai-siyasi həyatında iştirakına görə müxtəlif fəxri fərmanlarla təltif olunub.

Çingiz Əliyev 17 elmi məqalənin, beş dərsliyin müəllifidir.

YAP-ın üzvüdür.

Ailəli idi, üç övlad atasıdır.


Allah rəhmət eləsin.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol