• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika “Qış Təcrübə Proqramı”na başlayır!

Bank Respublika “Qış Təcrübə Proqramı”na başlayır!
29.05.2020 05:00
Ötən il "Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir. BankIV kursda və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün "Qış Təcrübə Proqramı” elan edir.

Yanvar – mart aylarında Bankın Baş ofisində və filiallarında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.

Proqramda iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 18 yanvar 2019 tarixinə kimi öz CV-lərini [email protected] ünvanına məktubun mövzu (subject) hissəsində "Təcrübə proqramı” yazmaqla göndərə bilərlər. 

CV göndərən namizədlər test üsulu ilə imtahandan keçdikdən sonra proqramda iştirak etmək imkanı qazanacaq. Layihənin sonunda təcrübə proqramını uğurla başa vuran iştirakçılar işlə təmin olunmaq imkanı da əldə edəcəklər.

Bankın İnsan Resursları Departamentinin rəhbəri İlkin Zeynallı qeyd edib ki, "Gənclər təcrübə proqramında iştirak etməklə dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və uğurlu karyera üçün lazım olan peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Biz inanırıq ki, gənclərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar gələcək həyatlarında və karyeralarında müstəsna rol oynayacaq”.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol