• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən qəribə açıqlama: "Daimi nazir müavini postu yoxdur"

XİN-dən qəribə açıqlama: "Daimi nazir müavini postu yoxdur"
29.05.2020 02:21
Xələf Xələfov xarici işlər nazirinin müavini postundan azad olunandan sonra, həmin vəzifəyə təyinat həyata keçirilməyib.

Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. O zaman Xarici İşlər Nazirliyindəki (XİN) nazir müavini vəzifələrindən birinin ixtisar olunduğunu söyləmək olarmı? 

Anews.az xəbər verir ki, Modern.az saytı mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanlayıb. XİN-mətbuat xidmətindən verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib:

"Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.

Qeyd edək ki, Xələf Xələfov ötən ilin  dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz Əzimov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol