• $
  • €
  • ₽
  • ₺
  • £

Varlılar da "ağlayırlar": Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər

Varlılar da "ağlayırlar": Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər
07.01.2019 19:00
Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb.

Anews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumatında deyilir.

Agentliyin analitikləri tərəfindən tərtib olunan "Bloomberg Billionaires Index"inə görə dünyanın ən böyük 500 sahibkarının ümumi kapitalları 4,7 trilyon dollara qədər geriləyib.

İqtisadçı təhlilçilərin dəyərləndirmələrinə görə, "Amazon"un sahibi Ceff Bezos bir ildə 53 milyard dollar itirib. Keçən ilin əvvəlinə qədər onun ümumi sərvəti 168 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm 115 milyard dollar təşkil edir.

Bütövlükdə "Bloomberg" agentliyinin ilk beşyüzlüyündə yer alan 173 amerikalı milyarder öz sərməyələrinin 5,9%-dən məhrum olublar. Onların birlikdə sərvəti təxminən 1,9 trilyon dollar təşkil edir.

Asiyanın ən iri biznesmenlərinin aktivlərində də 144 milyard dollar azalma müşahidə edilib.

Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərlərinin azaldığını vurğulayıblar.

Məsələn, dünyanın məşhur təkər brendlərindən sayılan Almaniyanın "Continental AG" firmasının majoritar səhmdarları sayılan Şeffler ailəsinin göstəriciləri 17 milyard dollar aşağı düşüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol