• $
  • €
  • ₽
  • ₺
  • £

Səlcuq oğuzlarını Azərbaycana kim dəvət etdi? — FAKTLAR

Səlcuq oğuzlarını Azərbaycana kim dəvət etdi? — FAKTLAR
29.05.2020 02:11
Azərbaycan tarix kitablarında, xüsusilə də akademik əsərlərdə Səlcuq oğuzlarının Azərbaycana gəlişi istila kimi qiymətləndirilir. Halbuki, oğuzları Azərbaycana Rəvvadilər dəvət ediblər.

 "Ölkə.Az”a bu barədə maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf verib.

Dövrün mənbələrinə görə, Oğuzları Azərbaycana Rəvvadi Vəhsudan dəvət etmişdi. Vəhsudan bölgənin tamamına nəzarət etmək üçün oğuzlardan hərbi məqsədlə istifadə etmək niyətində idi. Rəvvadi Vəhsudan dəvət etdiyi oğuzları yaxşı qarşılayıb onlarla hərbi ittifaq yaratdı və gələn oğuz bəylərilə qohumlu əlaqələri təsis etdi. Bu məqsədlə Azərbaycana gələn oğuz bəyləri bölgənin müsləman əmirlərinə qız verməklə qalın başlık (başlıq pulu) adlanan ənənəyə əsaslanaraq böyük torpaq sahələri aldılar. Bu da onlara sonrakı mərhələdə bölgənin hüquqi sahibi olduqlarını iddia etməyə əsas verdi.

Ancaq Vəhsudan oğuz hərbi gücündən istifadə edib başda Həzbaniyyə tayfası olmaqla öz düşmənlərini ortadan qaldırdıqdan sonra razılaşmanı pozub, onları öldürmək istədi. Amma Vəhsudanın təşkil etdiyi xəyanət və sui-qəsd planının üstü açılınca bu dəfə oğuzlar Rəvvadilərə aid mülkləri talan etməyə başladılar.

Beləcə, Səlcuq oğuzların Azərbaycana gəlişi rəsmi bir dəvət üzərinə gerçəkləşmişdir. İlk gələn oğuz hərbi dəstələrinə Anasioğlu, Məsud, Dana, Gök Daş, Qızıl, Yağmur və Boğa kimi bəylər başçılıq edirid. Onlara mənbələrdə Yabqulu oğuzları adı verilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol