• $
  • €
  • ₽
  • ₺
  • £

Kahının müalicəvi faydaları

Kahının müalicəvi faydaları
07.01.2019 22:30
Kahı çox faydalı bir bitkidir. Onu demək olar ki, Respublikamızın bütün regionlarında asanlıqla becərmək mümkündür.

Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. Kahının tərkibibində zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.

Anews.az faktxeber.com-a istinadən bildirir ki, kahını çalışın gündə bir dəfə yeyin və bunu axşam yesəniz yaxşı yatacaqsınız. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Kahı hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır. Kahı yeni qan yaradır, çünki tərkibində K vitamini vardır. Bundan başqa kahıda zəngin A vitamini də vardır ki, istifadə edənlərin dəriləri parlaq olur, dəriyə cavanlaşdırıcı bir effekt verir, gözləri işıqlandırır. Kahıdan hamiləlikdə də istifadə edə bilərsiniz. Kahı zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.

Kahını müxtəlif salatlara qarışdırıb üstünə zeytun yağı əlavə edib yeyə bilərsiniz, məsələn pomidor, xiyar, keşniş, pendir, kahı, şüyüd və zeytun yağı hamısını bir-birinə qarışdırıb salat hazırlaya bilərsiniz.

Kahıda zəngin C vitamini də vardır ki, C vitamini bizim ən çox vitaminə ehtiyacımız olan bir vitamindir, kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa-3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.

Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır.

Hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol