Bakıda yük maşını yolu keçən ər və arvadı vurdu

Bakıda avtomobil yolu keçən ər və arvadı vurub.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, yanvarın 7-də, saat 12:00 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi "Mercedes” markalı yük maşını yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub.
Nəticədə, X.İsmayılova hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























