Polisdən əməliyyat - Qanunsuz silah-sursat aşkarlandı

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Anews.az-a verilən məlumata görə, Sabirabad RPŞ Qaragüney PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Komissiyasız və sığortasız Daxili ipotekaya müraciət edin.
Belə ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.
Qaragüney PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Rəşad Əliyevdən 1 ədəd "İJ” markalı ov silahı aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























