• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toy günü kütləvi hal alan bu adət ləğv olunur - FOTO

Azərbaycanda toy günü kütləvi hal alan bu adət ləğv olunur - FOTO
08.01.2019 14:46
Azərbaycanda "Ciyər axşamları" adətinin ləğv edilməsi təklif olunur.

Bu barədə rəsmi qəzetlərin birində dərc olunan materialda deyilir.

Sözügedən məqaləni təqdim edirik:

"Zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır. Bu, təbiidir. Son illər toydan bir gün əvvəl "ciyər axşamları" keçirmək yaman dəbə düşüb.

Onun harada, nə vaxt yarandığını deyə bilmərəm. Amma deyirlər ki, ona az qala bir toyun yarısı qədər, bəlkə də daha çox xərc çəkilir. "Ciyər axşamları"nda yeyib-içənlər ertəsi gün toy məclislərində də iştirak edirlər. Bəzən belə axşamlarda cavanlar yeyib-içəndən sonra oturub səhərin gözü açılana kimi müxtəlif oyunlar oynayırlar. Elə hallar da olur ki, özünü idarə edə bilməyən gənclər dava-dalaş salır, hadisə törədir, araya qanıqaralıq düşür. Ən çox maddi ziyan çəkən də toy sahibi olur, mənəvi əzab çəkən də!

Bəs bu dəbi aradan qaldırmaq üçün nə etmək lazımdır? Sadəcə "qonşudan qalma dala" prinsipindən əl çəkib "ciyər axşamları" keçirməkdən imtina etmək! Bu həm israfçılığın qarşısını alar, həm də xoşagəlməz hadisələrin. Fikrimizcə, bu işdə nüfuzlu adamlar, ziyalılar, ağsaqqallar qabağa düşsələr, məsələ daha tez həllini tapar".

mənbə:big.az
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol