Quba polisi ovçunu saxladı

Qusarda qanunsuz ov edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Anews.az-a verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.
Belə ki, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd "Churchill” markalı ov tüfəngləri götürülüb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























