• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda qəzada 4 nəfər yaralandı: Biri yüksək vəzifəli məmurdur...

Salyanda qəzada 4 nəfər yaralandı: Biri yüksək vəzifəli məmurdur...
08.01.2019 19:20
Bu gün saat 16 radələrində yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Çuxanlı kəndindən keçən 38-ci km-də 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Anews.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Neftçala şəhər sakini, 62 yaşlı Ağalarov Mircəfər Mirəhməd oğlunun idarə etdiyi Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinə məxsus 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomaşın hərəkətdə olarkən sürücünün ani yuxuya getməsi səbəbindən yol nişanına dəyərək aşıb.


Hadisə nəticəsində avtomaşında olan Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinin sədri, 62 yaşlı Asudə Həsən qızı Cəfərova, təşkilatın mühasibibi və eyni zamanda, Neftçala Qadın Resurs Mərkəzinin sədri 51 yaşlı Gülqədəm Abduləli qızı Mirzəzadə və sürücünün həyat yoldaşı - 62 yaşlı Mirvari Mirəhməd qızı Ağalarova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.


Asudə Cəfəovanın verdiyi məlumata görə, onlar Bakı şəhərində təşkilatın hesabatını verib qayıdırmışlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol