• $
  • €
  • ₽
  • ₺
  • £

"Kənd camaatına hər cür imkan yaradılsa da, onlar işləmək istəmir" - Deputat

"Kənd camaatına hər cür imkan yaradılsa da, onlar işləmək istəmir" - Deputat
08.01.2019 20:10
"Rayonda evi, həyəti olan, amma Bakıda işsiz qalan insanlar öz yurdlarına qayıdıb kənd təsərrüfatı ilə məşğul olmalıdır. Dövlətimiz onların şəxsi təsərrüfatla məşğul olması üçün hər cür şərait yaradıb".


Bu fikirləri "ölkə.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib.


Deputat deyib ki, keçmiş Sovet İttifaqı dövründə kolxoz və sovxozlar mövcud olsa da, Azərbaycan müstəqillik qazandıqdan sonra bunlar ləğv edilib:


"İndi nə kolxoz, nə də sovxoz yoxdur. Hamı çox rahat şəkildə gedib öz təsərüfatını qura bilər. Çox təəssüflər olsun ki, bir sıra kənd camaatı böyük torpaq sahəsinə malik olsa da, fermerliklə məşğul olmaq üçün hər cür imkan yaradılsa da, ancaq onlar nədənsə işləmək istəmirlər. Misal üçün, mənim deputatı olduğum Cəlilabad rayonunda əksər insanlar kənd təsərrüfatı ilə ciddi məşğul olurlar, taxıl, çiyələk, kartof əkib becərirlər, maldarlıqla məşğul olurlar. Hətta, kiçik sənaye müəssisələri də yaradılıb. İnsan istəsə, hər şey olar. Amma bəzi kəndlilər torpaqları olsa da, amma onun əkib-becərmək, işləmək istəmirlər. Biz "Ailə fermer təsərrüfatı haqqında" qanun qəbul etmişik. Orada ailə öz büdcəsini necə formalaşdırmalıdır, hamısı öz əksini tapıb. Sadəcə olaraq bu qanundan insanlarımız bəhrələnə bilmirlər. Görünür, ya təbliğat düzgün aparılmır, ya da insanlar özü maraqlı deyil. Mən seçicilərimlə görüşdən də hər dəfə bu məsələni onlara bildirirəm. Misal da çəkirəm ki, Avropa ölkələrində kəndli ailə özünün əkib-becərdiyi, yetişdirdiyi məhsulları ölkəyə gələn turistə satmaqla normal dolanır. Azərbaycanda da bu təcrübə genişlənməlidir. Çox təəssüf ki, Azərbaycanda bu vəziyyət hələ formalaşmayıb. Bunun da günahı dövlətdə deyil. Hesab edirəm ki, Azərbaycan dövləti insanların kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür şərait yaradır. Sadəcə olaraq insanlarımız hələ maariflənməyib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol