• $
  • €
  • ₽
  • ₺
  • £

Həqiqi hərbi xidmətə çağırış davam edir

Həqiqi hərbi xidmətə çağırış davam edir
10.01.2019 13:23
Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

SHXÇDX-dan Anews.az-a verilən məlumata görə, yanvarın 9-da Bakının Xətai rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb. 

Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, gəncləri hərbi xidmətə yola salan ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini yerinə yetirmələrini tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini diləyiblər. 

Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. 

Hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıblar. Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol