• $
  • €
  • ₽
  • ₺
  • £

"Məndən min manat pul istədi" - "Yoxlama" verilişindən ittihama cavab

"Məndən min manat pul istədi" - "Yoxlama" verilişindən ittihama cavab
28.05.2020 22:34
Gəncədə yerləşən "Nostalji" restoranı ilə tanınmış teleaparıcı Azər Zahidin müəllifi olduğu "Yoxlama" verilişi arasında qalmaqal yaşanıb.
 
Bu haqda restoranın direktoru Anar Məmmədov deyib.
 
O bildirib ki, "youtube"də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları ondan pul istəyib: "Bir neçə gün öncə bir nəfər mənə yaxınlaşaraq və dedi ki, restoranınız Gəncədə yaxşılar sırasındadır. Mənim yanıma gələn şəxsin adı Xaliq Camalzadə idi. O bildirdi ki, Azər Zahidlə bir yerdə verilişin aparıcısıdır. Dedi ki, gəlib sizdən veriliş çəkəcəyik. Buna görə də bizə min manat verməlisiz". 
 
Anar Məmmədov bildirib ki, pul vermədiyinə görə restoran haqda tənqidi veriliş hazırlanıb: "Mən pul vermədiyimə görə onlar bizim restoran haqda tənqidi veriliş hazırladılar. Dizaynımıza isə "taxta, tuxta" deyərək. buranı seçən insanları təhqir etdilər. Daha sonra mətbəximizə girmək istədilər, mən isə bildirdim ki, çəkiliş olmadan hər bir müştəri mətbəximizə daxil ola bilər, mətbəxlə tanış ola bilər". 
 
Anar Məmmədov hadisəylə bağlı videomüraciət də yayıb və bu haqda geniş danışıb.

"A Group Media"nın direktoru Fuad İsmayılzadə məsələylə bağlı AZXEBER.COM-a açıqlama verib.
 
O deyib ki, rəhbəri olduğu şirkət müqavilə qarşılığında xidmət göstərir və burada qəbahət bir iş yoxdur: "Bizim rəsmi dövlət qeydiyyatından keçmişik və xidməti işlə məşğuluq. Xidmət göstəririk və bunun qarşılığında ödəniş edilir. Bu ödəniş də müqavilə əsasında olur". 
 
Qeyd edək ki, "Yoxlama" layihəsinə "youtube" kanalından davam edir və verilişin aparıcısı Azər Zahiddir. 
 
"Youtube"də yayımlanan verilişi və qarşı tərəfin cavabını əks etdirən hər iki videonu təqdim edirik:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol