• $
  • €
  • ₽
  • ₺
  • £

Enerjimizi yeyən enerji içkiləri: “Beyinə qan sızmasına, ürək infarktına yol açır” – Video

Enerjimizi yeyən enerji içkiləri: “Beyinə qan sızmasına, ürək infarktına yol açır” – Video
10.01.2019 21:47
Kiçikdən böyüyə hər kəsin həvəslə alıb içdiyi enerji içkilərinin fəsadlarından çoxunun xəbəri yoxdur.
Anews.az ARB TV-yə istinadən xəbər verir ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, digər dadlandırıcı maddələr olan dözümlülük, fiziki gücü gücləndirən içki kimi qələmə verilir. Amma həkimlər bununla razılaşmır.
Röyalə Quluzadə – Həkim: "Ümumiyyətlə şəkərli insanlar və şəkərli diabetə meyilli insanlar bu içkilərdən qətiyyən istifadə etməməlidirlər . Ürək qan-damar sistemi xəstəliyi olanların da istifadə etməsi doğru deyil. Qısa zamanda arterila təzyiqin qalxmasına səbəb olduğu üçün çox risklidir. Belə ki, beyinə qan sızma, ürək infarktı kimi fəsadlara yol aça bilər”.
Sakin: "İçməmişəm, içmək fikrim də yoxdur”.
Sakin: "Ziyanlı olduğu deyilir. Qiymətlər də qalxıb, artıq başqa sular içilsə daha məsləhətli olar”.
Sakin: "Bizim vaxtımızda kompot, şirələr vardı. Özümüz çəkib, özümüz içirdik, heç bir xəstəlik də yox idi”.
Kofein fiziki olaraq ürək ağrıları riskini artırır. Skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. Böyük həcmdə enerji içkisi qəbul edilməsi ciddi fəsadlara, qıcolmalara, insult və qəfil ölümə səbəb ola bilər. Həkimlər hamilə qadın və uşaqların bu içkiləri qəbul etməsini isə qəti qadağan edir.
Röyalə Quluzadə – Həkim: "Ən azından 18 yaşına çatmayanlar istifadə etməsin. Hamilə qadınlar da isə kofeinin istifadəsi bətndaxili qüsurlara gətirib çıxara bilər.
Avropa ölkələrinin artıq qanunvericiliklə də üz çevirdiyi bu içkilərin Azərbaycanda alıcılarının getdikcə artması mütəxəssisləri hərəkətə keçməyə məcbur edib. Qida təhlükəsizliyi İnstitutu əhaliyə müraciət edir:
Aysel Cəlilova – Keyfiyyətə Nəzarət Departamentinin əməkdaşı: "Onların etiket məlumatlaırna diqqət yetirsinlər.
Tərkib məlumatlarında zərərli maddələrin olub-olmamasına baxsınlar”.
Enerji içkiləri spirtli içkilərlə birgə qəbul edilərsə, zəhərlənməyə də səbəb ola bilər. Daha çox enerjili olmaq istəyi insanın qalan ömrünün də enerjisini əlindən ala bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol