• $
  • €
  • ₽
  • ₺
  • £

30 qəpiklik suyu 5 manata satan "Şahdağ"a cinayət işi açılsın? - DEPUTAT

30 qəpiklik suyu 5 manata satan "Şahdağ"a cinayət işi açılsın? - DEPUTAT
29.05.2020 06:49
"Bütün turizm mərkəzi sayılan şəhərlərdə qiymətlər digər bölgələrə nisbətdə daha bahadır. Bunun səbəbi həmin şəhərlərə turistlərin axın etməsidir". 

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev "Şahdağ" Turizm Kompleksində 30 qəpiklik "Sirab" suyunun 5 manata satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiymətin miqyası deyilən bir anlayış var: "Armudu stəkan Azərbaycanda satılır, bura gələn turist nə isə almalıdır. Yəni turistə bunu 2 manata satsan da alacaq, hərçənd armudu stəkanın qiyməti 1manatdır. İndi "Şahdağ"da 30 qəpiklik suyu 5 manata satırlar deyə, ona qarşı cinayət iş açılmalıdır? Suyu dağa daşıyaraq 5 manata satırlar. Dövlət qarışsın desin ki, sənin o suyu 5 manata satmağa ixtiyarın yoxdur? Dövlət nə qədər belə xırda işlərə qarışacaqsa, bir o qədər gərginlik yaranacaq. Əgər dövlət qarışarsa, orada su satılmayacaq".

R. Quliyev qeyd edib ki, dövlət şərait qurur və bununla da bazarda rəqabət yaranır: "O rəqabətin nəticəsində qiymət də tənzimlənməyə başlayır. Mərkəzdə qiymətlərin digər ərazilərə nisbətdə baha olması təbiidir. Hər yerdə belədir. Məsələn, Tokionun Ginza küçəsində sahəsi 1 kvadratmetr olan obyektin, restoranın qiyməti təqribən 300 min dollardır. Təbii ki, orada satılan suyun qiyməti bir qədər aralı yerləşən ucuz obyektlə müqayisədə daha baha olacaq. Çünki ora bütün varlı insanlar gəlirlər. Londonun "Harrods" univermağında köynəyin qiyməti aşağısı 100 funt-sterlinqdir, bunu manata çevirəndə təqribən 200 manatdan çox pul edir. Orada olmuşam. Üzbəüz mağazada həmin köynək 50 funt-sterlinqdir. Çünki "Harrods" varlılar üçün univermaqdır. Qapısı qızıldandır, ayaqyolu italyan mərmərdəndir, orada gələn suyu içmək olar, çünki filtrlə buraxırlar".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol