• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib

Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib
11.01.2019 14:20
Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər.

"Qafqazinfo”ya müraciət edən 20-dən çox sakin bildirib ki, bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: "Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu orada ev tikir. Seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməyib, özbaşına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən mənimsəyib. Vaqif Quliyev həm də kənd üzrə baytar işləyir və dövlətin süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları qohumlarının və öz adına yazaraq mənimsəyir”. 

Məsələdə ittiham olunan Vaqif Quliyev "Qafqazinfo”ya açıqlamasında sakinlərin iddialarını təkzib edib: "Həmin ərazini satmamışam, qardaşıma vermişəm. Qardaşım Vidadi Quliyev 1-ci qrup əlildir, işləyə bilmir. Evi var, amma "zdaniya”da yaşadığı üçün ona həyət evi tikirik. Qardaşıma verilən həyət stadiondan 25-30 metr aralıdır. Orada məscid üçün də yer qalıb, amma məscidlə bağlı məsələyə mən qərar vermirəm”.

V.Quliyev digər iddiaları da yalan adlandırıb: "Dövlət var, idarələr var. Subsidiyaları Maliyyə Nazirliyi ayırır, dövlət hər şeyə nəzarət edir. Mənim sadəcə süni mayalanma aparatım var, istəyən olanda istifadə edirik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol