• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda qəribə oğurluq

Paytaxtda qəribə oğurluq
17.10.2014 09:55
Bakının Suraxanı rayonunun eyni adlı qəsəbəsində silsilə oğurluqlar olub.ANS TV-nin məlumatına görə, qəsəbənin Zərdabi küçəsində baş verən bu hadisə zamanı 5 vətəndaşa məxsus avtomobilin dövlət nömrə nişanı naməlum şəxslərin hədəfinə tuş gəlib.Sakinlərin sözlərinə görə, gecə həmişəki qaydada avtomobillərinin öz evlərinin qarşısında park etsələr də, səhər tezdən nömrələrin yoxa çıxdığını görüblər. Məhəllədə düşən hay-küydən bəlli olub ki, təkcə Zərdabi küçəsindən 5 avtomaşının qeydiyyat nömrəsi oğurlanıb.Zərərçəkən Orxan Hüseynzadə deyir ki, gece saat 12-də evə gəlib və avtomobili həyətdə saxlayıb: “Saat 2-də səsə oyandım. Həyətə çıxdım gördüm sakitcilikdir. Təkrar evə qayıdıb yatdım. Səhər saat 4-də qonşu işə gedəndə görüb ki, maşının nömrəsini aparıblar”.Zərəçəkənlərin sözlərinə görə, hadisənin baş verdiyi gecə digər məhəllədən də 3 avtomobilin nömrəsi oğurlanıb.Səhər gördüm ki, maşının qapısı açıqdır. Dərhal maşına baxış keçirdim. Gördüm ki, sürücülük vəsiqəsi və maşının texniki pastportunu götürüblər", deyə zərərçəkən Rafiq Şəfiyev bildirdi. Zərərçəkənin sözlərinə görə, hadisədən sonra əraziyə polis əməkdaşları da gəlib. Onların izahatları da alınıb. Baş verən hadisə ilə bağlı araşdırmalar nə yerdə olduğunu öyrənmək üçün SuraxanI Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, həmin faktla bağlı artıq cinayət işi başlanılıb. Hələlik heç kimi şübhəli şəxs qismində istintaqa cəlb edilməyib. O ki, qaldı vətəndaşların maşınlarının nömrəsinə məsələsinə, bildirildi ki, zərəçəkənlər ərazi üzrə 31-ci polis bölməsinə müraciət edərək oradan arayış almalı və həmin sənəd əsasında yeni nömrə sifariş verə bilərlər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol