• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə “Yanğın işi”nə görə Səhiyyə Nazirliyinə sorğu göndərəcək

Məhkəmə “Yanğın işi”nə görə Səhiyyə Nazirliyinə sorğu göndərəcək
29.05.2020 02:35
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ceyhun Orucov ifadə verib. 

O deyib ki, hadisə ərəfəsində mərkəzdə narkotik maddə qəbulundan əziyyət çəkdiyi üçün müalicə alıb:

"Hadisə günü səhər saat 6-ya işləmiş yuxudan oyanıb, tualetə getdim. Qayıdanda artıq yanğın başlamışdı. Çöldə mühafizəçi ilə tanımadığım bir xəstə var idi. Şüşədəki su ilə yanğını söndürmək üçün içəri girdim, lakin çox tüstü idi. Tez mənimlə eyni palatada yatan Fəridi oyatdım, sonra 18-ci otaqda olan bir xəstəni nə qədər çağırdımsa, qalxmadı. Digər xəstələrə də yardım etmək mümkün olmadı”.

Daha sonra təqsirləndirilən M.Abdullayevin vəkili Elnur Salmanov vəsatət qaldırıb. O, mərkəzdə işlərin gedişinə, təhlükəsizlik qaydasına və həmin  xidmətin yararlılığına Səhiyyə Nazirliyindən nəzarət edən vəzifəli şəxsin dindirilməsinin zəruri olduğunu deyib:

"Bu səbəbdən həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”. 

Vəsatət təmin edilib. 

Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol