• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi həbs olundu

Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi həbs olundu
12.01.2019 18:50

Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub,  bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıblar. 


Bildirilib ki, müxtəlif şəxslərin adlarına "Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.


Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.


Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni "Camex” və "Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda "Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə "Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol