• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-ya yeni şöbə müdirini kim gətirib? - AÇIQLAMA

BDU-ya yeni şöbə müdirini kim gətirib? - AÇIQLAMA
14.01.2019 13:16
Uzun müddətdir Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Məcidov Bakı Dövlət Universitetinə aparılıb. O, rektor əvəzi Firudin Qurbanovun əmri ilə universitetin Kadrlar şöbəsinin müdiri təyin edilib. N.Məcidov təyinatı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

- Nazim müəllim, bizim üçün Sizin Bakı Dövlət Universitetinə gətirilməyiniz xəbəri gözlənilməz oldu.

- Bu təyinat mənim özüm üçün də gözlənilməz oldu, amma sevinclə qarşıladım. Ona görə ki, Bakı Dövlət Universiteti Azərbaycanın bir nömrəli ali təhsil ocağıdır. Bu gün Azərbaycanda dövlətimizi idarə edənlərin əksəriyyəti BDU-nun məzunlarıdır. Mən artıq böyük alim, akademik, professor və digər elmi dərəcəli insanların əhatəsində işləyəcəyəm. Bununla da fəxr edirəm.

- Xəbər ona görə gözlənilməz oldu ki, bu təyinatadək çalışdığınız Dənizkənarı Bulvar İdarəsinin təhsil sahəsilə heç bir əlaqəsi yoxdur. Yəni uzun illər tamamilə başqa sahədə çalışan biri kimi, təhsil sahəsində işləmək çətin olmayacaq ki?

- Bəli. Fərqli sahələrdir. Amma mənə heç bir çətinlik törətməyəcək. Ona görə törətməyəcək ki, mən uzun illər ayrı-ayrı idarələrdə rəhbər vəzifələrdə işləmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, kadr işinə yaxşı bələdəm. Bu baxımdan çətinlik görmürəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən gələcəm və etimadı doğruladacağam.

- BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsini Sizə rektor əvəzi Firudin Qurbanov özü təklif etdi?

- Şübhəsiz ki, mənim bu vəzifəyə təyinatım həm Təhsil Nazirliyinin, həm də rektor əvəzi Firudin Qurbanovun birgə razılığı ilə baş tutub.

- Hazırda Dənizkənarı Bulvar İdarəsilə əlaqəniz tamamilə kəsilib, yəni artıq orada çalşmırsız?

- Bəli yanvarın 11-dən etibarən Bakı Dövlət Universitetindəyəm. Dənizkənarı Bulvar İdarəsindən tamamilə getmişəm. Amma buna baxmayaraq, Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi, onun kollektivi hər zaman mənim üçün doğma olaraq qalacaq. Mən ömrümün sonunadək onlarla olan əlaqəmi davam etdirəcəyəm. Bakı Dövlət Universitetilə Dənizkənarı Bulvar İdarəsi hər zaman ən yüksək səviyyədə əməkdaşlıq edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol