Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi "Daewoo" və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "İveco" markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirən İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























