• $
  • €
  • ₽
  • ₺
  • £

"GünayBank”ın 100 milyon manatını mənimsəyən şəxs məhkəmə qarşısına çıxacaq

"GünayBank”ın 100 milyon manatını mənimsəyən şəxs məhkəmə qarşısına çıxacaq
14.01.2019 16:06
"GünayBank”ın külli miqdarda pulunu mənimsəyən keçmiş sədr müavininin həbs müddətinin uzadılması müddətinə baxşılacaq.

"ÖlkəAz”ın məlumatına görə, yanvar ayının 15-də Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə cinayət məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən Zeynalov Emin Zakir oğlunun istintaq dövründə həbs müddətinin uzadılması məsələsinə baxılacaq. 

Xatırladaq ki, 2018-ci ilin iyun ayında "GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Bildirilir ki, Emin Zeynalov 2017-ci ilin aprelində "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası "Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub. 

Qeyd edək ki, Emin Zeynalov uzun müddət "Kapital Bank” ASC-nin Xəzinədarlıq departamentində, daha sonra isə "Günay Bank”da "Xəzinədarlıq və Müxbir Əlaqələr” departamentində direktor vəzifəsində çalışıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onu da qeyd edək ki, mediada Emin Zeynalovun Günay Bankdan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumat yayılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol